Vucic Kosovoya icazəsiz gəlsə saxlanılacaq - XƏBƏRDARLIQ

Serbiya prezidenti Aleksandar Vucic icazəsiz Kosovoya gələcəyi təqdirdə saxlanılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Kosovonun daxili işlər naziri Xhelal Sveçla açıqlama verib. O bildirib:

"Vuçiçə icazənin verilib-verilməməsi baş nazirin qərar verməli olduğu məsələdir. Əgər icazəsiz daxil olarsa, bu məsələ ilə hansı qurumların məşğul olacağı bəllidir”.

Qeyd edək ki, Aleksandar Vucic yerli televiziya kanalına açıqlamada “Mən Kosovoya səfər edəcəyəm və bunu Kosovonun Baş naziri Albin Kurtidən soruşmayacam” deyə bildirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı