Bu rayonlarda qaz olmayacaq

“Azəriqaz” İstehsalat Birliyi Şəmkir, paytaxtın Sabunçu və Xətai rayon sakinlərinə müraciət edib.

İstehsalat Birliyindən verilən məlumata görə, sentyabrın 21-i saat 09:30-dan payız-qış mövsümünə hazırlıqla əlaqədar “Yeni Binə 3 xətt” ölçü qovşağından Binə qəsəbəsinə gedən qaz kəmərinin kipliyə sınaq olunması, saat 10:00-dan “Zəyəm” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində cari təmir-bərpa işləri və “Keşlə” QPS-dən qidalanan “Şüşə” ortatəzyiqli qaz kəməri üzərində quraşdırılmış siyirtmənin əvəz olunması məqsədilə adıçəkilən ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri aparılan müddətdə Xəzər rayonunun Binə qəsəbəsinin Südçülük sovxozu adlanan ərazinin, Xətai rayonunun Ağ şəhər yaşayış massivinin, Xocalı prospektinin və M.Mehdizadə, S.Orucov, N.Rəfiyev, N.Əliyev küçələrinin, eləcə də Şəmkir rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR