Rusiyadan yeni qərar - Türkiyəyə icazə verildi

Rusiya hökuməti Türkiyə də daxil olmaqla 30 “dost və neytral” ölkənin investorlarına Rusiyada valyuta bazarında ticarət etmək icazəsi verib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin qərar imzalayıb. Qərarə əsasən, investorların Rusiya valyuta bazarında hansı ölkələrlə ticarət edə biləcəyi müəyyən edilib. Sənədə uyğun olaraq siyahıda Rusiyanın “dost və neytral” olaraq təyin etdiyi 30 ölkə arasında Çin və Hindistanla yanaşı Türkiyə də var.

Sənəddə yer alan ölkələrin bankları, broker firmaları və fiziki şəxsləri Rusiya valyuta bazarında ticarət edə biləcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı