Gələn il üzrə neftin orta ixrac qiyməti açıqlandı

Gələn ilin dövlət büdcəsində neftin orta ixrac qiyməti məlum olub.

Metbuat.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2024-cü ildə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 60 ABŞ dolları səviyyəsində götürülür.

Qeyd edək ki, yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirlərinin hesablanması zamanı “Azəri Light” markalı xam neftin bir barrelinin orta ixrac qiyməti 10 ABŞ dolları artırılaraq 60 ABŞ dolları müəyyən edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR