Tanınmış azərbaycanlı "qanuni oğru" vəfat etdi

Azərbaycanlı məşhur "qanuni oğru", "Lotu Yunus" ləqəbli Yunis Nəzərov bir neçə saat əvvəl vəfat edib.

Metbuat.az "Musavat.com"a istinadən bildirir ki, "qanuni oğru" Qazaxıstanda dünyasını dəyişib. Yunus Nəzərov bir neçə il əvvəl Rusiyadan deportasiya olunmuşdu. Azərbaycan vətəndaşı olan Y.Nəzərov 23 yanvar 1961-ci ildə anadan olub. Kriminal dairələrdə "Yunus Bakinskiy" və ya "Yunus Yasamalskiy" kimi tanınan titullu "qanuni oğru" cəzaçəkmə müəssisələrində 20 ildən çox həbsdə yatıb. "Qanuni oğru" adını da hələ 1984-cü ildə alıb.

2008-ci ilin oktyabrında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 1 saylı koloniyasında onu 1982-ci il təvəllüdlü Vəfadar Mirzəyev balta ilə vurmuşdu. Sağ qalsa da, irəliləyən illərdə bu ağır xəsarət onun səhhətində ciddi problemlər yaratmışdı, o əl əsası ilə gəzirdi. Bildirilir ki. ''Lotu Yunus''un son illər Azərbaycana gəlməsi də problemli olub. Onun bir oğlu olduğu deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı