Nömrəsi, doğum tarixi, qol sayı 94-dür: Maraqlı statistika - VİDEO

Xəbər verdiyimiz kimi Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Latsio" - "Aletiko Madrid" klubları arasında oyunda maraqlı qol qeydə alınıb.

Metbuat.az xəbər verir ki, 0-1 hesabı ilə geridə olan "Latsio"nun qapıçısı İvan Provodel irəli çıxıb. 90+4-cü dəqiqədə o, standart vəziyyətdən sonra qapı qarşısına göndərilən topu qapıdan keçirərək, hesabı bərabərlişdirib. Oyun 1-1 hesabı ilə başa çatıb. Qapıçının vurduğu qolla bağlı maraqlı statistika paylaşılıb. Bildirilib ki, 94 nömrəli formalı qapıçının boyu 1.94 santimetrdir. Onun doğum tarixi isə 1994-cü ildir. Qapıçının 90+4-cü dəqiqədə vurduğu qol isə “Latsio”nun Çempionlar Liqası tarixində vurduğu 94-cü qolu olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR