"Görünməyən qüvvə dedi ki..." - Vəfat edən ana və uşağının görüntüsü - VİDEO

Şəmkirin Çinarlı qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Lalə Həsənova həyat yoldaşı tərəfindən çoxsaylı bıçaq zərbələri alıb və hadisənin baş verdiyi evində keçinib. Onun övladı 2014-cü il təvəllüdlü Qumru Həsənova isə çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Həyat yoldaşına və azyaşlı qızına qıyan isə 1988-ci il təvəllüdlü Elməddin Həsənov olub. O, Lalə ilə 2013-cü ildə ailə qurub. Bu izdivacdan 1 il sonra qızları dünyaya gəlib. 2016-cı ildə Elməddin işləmək üşün Rusiyaya getsə də, üç ay sonra geriyə dönür. Gənc ailənin ailədaxili münaqişələri də məhz bundan sonra başlayır.

Elməddin Lalənin onun valideyinləri ilə soyuq davranmasını əsas gətirərək həyat yoldaşının ona xəyanət etdiyini düşünür. 8 yaşlı qızının da ona “sən mənim atam deyilsən” deməsi şübhələrini daha da artırır. İstintaq prossesində diqqəti çəkən əsas məqam isə Elmədinin bu cinayəti törədərkən onu idarə edən gözəgörünməz qüvvələrin olması haqda mütəmadi fikir söyləməsidir. Onun dediyinə görə, həyat yoldaşı ilə bağlı şübhələri yarandıqdan sonra onu öldürmək üçün öncədən bıçaq da hazırlayıb. Elməddin həmin bıçağı yaşadığı mənzildə çarpayının yanında gizlədir. Gecəni həyat yoldaşı və qızı ilə birlikdə yatır. Səhər saat 8 radələrində yuxudan ayılanda qəfil Lalə haqqında düşündüyü şübhələr gözünün önündə canlanmağa başlayır və həyat yoldaşını öldürmək qərarına gəlir. Elməddin bıçaqla iki aylıq hamilə olan həyat yoldaşına yatmış vəziyyətdə zərbələr endirməyə başlayır. İlk zərbədən sonra Lalə yuxudan oyanıb ona müqavimət göstərsə də, sonra müvazinətini itirərək halsız vəziyyətə düşür. Mənzildə səs-küyə oyanan 8 yaşlı Qumru anasını qan içində görür. Atasının qarşısını almaq istəsə də, Elməddin növbəti bıçaq zərbələrini azyaşlı qızına endirməyə başlayır.

Özü isə cinayəti törətdikdən sonra qonşuluqda dayısıgilə gedərək hadisəni onlara danışır. Ekspertiza Lalə Həsənovanın bədəninin müxtəlif nahiyələrində 21-dək müxtəlif dərəcəli xəsarətlər, 8 yaşlı Qumruda isə 12 bıçaq yarası müəyyən edib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Elməddin Həsənov Cinayət Məcəlləsinin 4 maddəsi ilə təqsirli bilinərək 20 il azadlıqdan məhrum edilib. Qətlə yetirilən ana ilə qızının huquqi varisinin hökmdən Appelyasiya şikayəti verməsindən sonra Gəncə Appelyasiya Məhkəməsi bu cinayət işinə daha iki maddə əlavə edərək Elməddin Həsənovu ömürlük azadlıqdan məhrum edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı