“Azıx və Tağlar mağaraları” UNESCO-nun siyahısına salındı

Azərbaycanın Qarabağ bölgəsində yerləşən “Azıx və Tağlar mağaraları - Azərbaycanın tarixdən əvvəlki yerləri” adlı nominasiya İlkin siyahıya (Tentative List) daxil edilib.

Bu barədə Metbuat.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, qərar UNESCO-nun Ümumdünya İrs Komitəsinin Ər-Riyadda keçirilən 45-ci sessiyasında verilib.

Xatırladaq ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında Azərbaycanın Hirkan Milli Parkının daxilində transmilli “Hirkan meşələri” və “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiyalar artıq qurumun Ümumdünya İrs Siyahısına daxil olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı