Bakıdakı "Qalatasaray" azarkeşlərinə sevindirici xəbər

Tezliklə Bakıda “Qalatasaray” Futbol Klubunun rəsmi fan-şopu açılacaq.

Metbuat.az "Sporinfo"ya istinadən xəbər verir ki, bu layihə İstanbul təmsilçisinin “Qarabağ” ilə əməkdaşlığı çərçivəsində gerçəkləşəcək.

“Qarabağ” klubundan saytımıza verilən xəbərə görə, fan-şop “Park Bulvar”da yerləşəcək.

Artıq onun üçün ticarət mərkəzində müvafiq yer də ayrılıb. Fan-şopda klubun orijinal formaları, atributları satışda olacaq.

Fan-şopun yaxın 1 ay ərzində fəaliyyətə başlayacağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR