Nasist əsgərinə ehtiram göstərən spiker üzr istədi

Kanada İcmalar Palatasının spikeri Entoni Rota nasist əsgərinə “ehtiram göstərdiyinə” görə üzr istəyib.

Metbuat.az xəbər verir ki, Kanadada parlamentin aşağı palatası olan İcmalar Palatasının spikeri Entoni Rota İkinci Dünya Müharibəsində nasistlər üçün döyüşmüş şəxsə ehtiram göstərib. Məlumata görə, Ukrayna prezidenti Vladimir Zelenskinin Kanada İcmalar Palatasındakı çıxışından sonra Rota zalda olan 98 yaşlı Yaroslov Hunkanı “müharibə qəhrəmanı” kimi təqdim edib və ona xidmətlərinə görə təşəkkür edib.

Parlament üzvləri tərəfindən alqışlarla qarşılanan Hunkanın İkinci Dünya Müharibəsində nasistlərin tərəfində vuruşduğu ortaya çıxdıqdan sonra Rota ağır tənqidlərə məruz qalıb. O, parlament üzvlərinin və Ukrayna nümayəndə heyətinin Hunkanın adını çəkəcəyindən xəbərsiz olduğunu irəli sürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı