Şahrudinin debüt oyununda direktor futbolçunu döymək istədi - FOTO

Xəbər verdiyimiz kimi Türkiyə Superliqasının 6-cı turunda "Kasımpaşa" - "Adana Demirspor"u qəbul edib.

Metbuat.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyevin formasını geyindiyi oyunun fasiləsində gərginlik yaşanıb. İlk hissədə iki qırmızı vərəqədən sonra "Adana Demirspor"un nümayəndələri qəzəblənib. Fasilə zamanı futbolçular soyunub-geyinmə otağına gedərkən klubun futbol direktoru Gökhan Göktürk böyük qəzəblə futbolçu Kevin Rodrigesə doğru addımlayıb. Hər kəsi təəccübləndirən reaksiyadan sonra futbolçular araya girərək Göktürkü sakitləşdirməyə çalışıblar.

Qeyd edək ki, ilk hissədə Kevin Rodriges də olmaqla "Adana Demirspor"un iki futbolçusu qırmızı vərəq alıb. Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyev 23-cü dəqiqədə meydana daxil olub. Millinin qapıçısı ilk qolu cərimə zərbəsindən, ikinci qolu isə penaltidən buraxıb. Oyun meydan sahiblərinin 2-1 qələbəsi ilə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı