Evdə qaz balonu partladı - Xəsarət alanlar var

Kürdəmirdə fərdi yaşayış evində partlayış olub.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb. Qaz balonunun partlaması nəticəsində ər və arvad ağır yanıq xəsarətləri alıblar. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır. Xəsarət alanların Bakıdakı Yanıq Mərkəzinə göndəriləcəyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR