Nigar Şabanovanın plastik əməliyyatsız görüntüləri yayıldı - VİDEO

Əməkdar artist Nigar Şabanovanın sosial şəbəkədə yayılan arxiv videosu gündəm olub.

Metbuat.az "Bizim media"ya istinadla xəbər verir ki, 16 il əvvəl "Xalq ulduzu" milli musiqi yarışmasında iştirak edən sənətçinin görüntüləri görənlərin marağına səbəb olub.

2007-ci ildə yarışmada səsi və avazı ilə tamaşaçıların rəğbətini qazanan Şabanova illər əvvəl və indiki görünüşü ilə də xeyli diqqət çəkib. Sosial şəbəkə əhli müğənninin səsini bəyənsələr də, son zamanlar görünüşündə etdirdiyi dəyişikliyinə "Gözəl olub, amma əməliyyatlardan sonra individuallığını itirib" şərhini yazıblar.

Qeyd edək ki, Nigar Şabanova burnunda "rinoplastika" əməliyyatı etdirib, yanaqlarındakı piyi "bişektomiya" əməliyyatı ilə çıxarıb və ayrı-ayrı zamanlarda iki dəfə "bədənşəkilləndirmə" əməliyyatını etdirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR