"Real"a Arda ilə bağlı şok - Yenə zədələndi

"Real Madrid"in futbolçusu Arda Güler növbəti dəfə zədələnib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ardanın arxa əzələsindən zədə aldığı bildirilir.

Məlumata görə, buna görə də, Arda komanda ilə məşqi yarıda dayandırıb.Ardanın üç həftə meydanlardan uzaq qalacağı bildirilir.

Qeyd edək ki, Arda Güler bundan əvvəl zədələndiyi üçün hələki əsas heyətdə yer almayıb. O məşqlərə yeni qoşulmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı