Türkiyə XİN Xankəndidəki partlayışla bağlı başsağlığı verib

“Sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində çoxlu sayda insanın həyatını itirməsinə, yüzlərlə insanın ağır yaralanmasına kədərləndik”.

Metbuat.az "Apa"ya istinadla xəbər verir ki, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir:

"Bu faciəli hadisə nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı verir, yaralananlara şəfa diləyirik. Türkiyə lazım gələrsə, lazımi yardımı göstərməyə hazırdır”, - bəyanatda vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı