Xalq artisti İlhamə Quliyeva paytaxt restoranlarının birində ’"Yaşa idman bayramı" klipinə təqdimat mərasimi keçirib. Lent.az-ın məlumatına görə, jurnalistləri başına cəm edən xalq artisti ərsəyə gələn ekran işindən danışarkən gözyaşını saxlaya bilməyib: “Klipin rejissoru Nail Naiboğlu bu ekran əsərini ilk dəfə mənə göstərən zaman evdə baxıb, ağladım. İndi də danışıram, pis oluram. Klipi çox bəyəndim. Allah mənə ömür versə, hələ uzun müddət sizlərə xidmət etməyə hazıram. Mən kaprizli insanam, amma işimdə. İşimə, sənətimə qarşı çox məsuliyyətliyəm. Prezidentimiz İlham Əliyevin idarə etdiyi ölkənin kiçik vətəndaşıyam. Mən qürur hissi keçirirəm. Bu mahnı Avropa Oyunlarının bir himnidir. Dövlətimizin hər yaxşı gününə münasibət bildirirəm”.

İ.Quliyeva “Bakı 2015” Avropa Oyunlarında məşəl daşımasından da söz açıb: "Bir çoxları narahatdır ki, məşəli niyə İlhamə xanım daşıyır? Mən ölkəmizi dövləti sevirəm. Məşəli sağ əlimə götürəcəm, sol əlimlə insanlara öpücüklər göndərəcəm".

Xatırladaq ki, "Yaşa idman bayramı" adlı bəstənin musiqisi Tahir Əkbərə, sözləri Baba Vəziroğluna məxsusdur. Ekran işinin rejissoru Nail Naiboğludur. Klip gecə saatlarında “Youtube” şəbəkəsinə yüklənəcək.

Qeyd edək ki, tədbirdə xalq artisti Faiq Ağayev, müğənni Nadir Qafarzadə, meyxanaçı Namiq Məna, aparıcı Elgiz Əkbər və digər tanınmışlar da iştirak edib.

İlhamə Quliyeva tədbirdə göz yaşı tökdü
İlhamə Quliyeva tədbirdə göz yaşı tökdü
İlhamə Quliyeva tədbirdə göz yaşı tökdü
İlhamə Quliyeva tədbirdə göz yaşı tökdü
İlhamə Quliyeva tədbirdə göz yaşı tökdü
İlhamə Quliyeva tədbirdə göz yaşı tökdü