Söyüdlüdə Komissiya üzvlərinin kənd sakinləri ilə görüşü keçirilib

Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın üzvlərinin kənd sakinləri ilə növbəti görüşü baş tutub.

Metbuat.az xəbər verir ki, görüş çərçivəsində Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri, ekologiya və təbii sərvərlər naziri Muxtar Babayev "Micon" Beynəlxalq Monitorinq Şirkətinin apardığı monitorinqin nəticələri barədə təqdimatla çıxış edib.

O bildirib ki, şirkət monitorinqdən sonra həm “Anglo Asian Mining” şirkəti üçün, həm də dövlət qurumlarının nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə təkliflər hazırlayıb.

Daha sonra nazir Söyüdlü sakinlərinin problemlərini dinləyib, müraciət və təkliflərini qeydə alıb.

***

Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın üzvlərinin kənd sakinləri ilə növbəti görüşü keçirilir.

Görüş çərçivəsində "Micon" Beynəlxalq Monitorinq Şirkətinin apardığı monitorinqin nəticələri təqdim olunur.

Qeyd edək ki, Komissiyanın sədri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdir. Komissiyanın tərkibinə Dövlət Su Ehtiyatları Agentliyinin sədri, səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR