Avropanın ən təhlükəsiz ölkəsi qarışdı

İsveçin paytaxtı Stokholmda quldur dəstələri arasında qarşıdurma baş verib.

Metbuat.az xəbər verir ki, verən iki fərqli qarşıdurmada 5 nəfər ölüb. Dəstə üzvləri küçələri döyüş meydanına çevirərkən, bir dəstə üzvünün evinin bombalandığı və hadisələrdə çox sayda insanın yaralandığı bildirilir. Bəzi ərazilərdə silahlı qarşıdurmaların davam etdiyi bildirilib. Baş verənlərlə bağlı danışan İsveçin baş naziri Ulf Kristersson ordunun küçələrə çıxacağını açıqlayıb.

Silahlı Qüvvələrin rəisi Micael bildirib ki, ordu, polisin səylərinə kömək etməyə hazırdır. Hərbçilərin hadisələrə necə cəlb oluna biləcəyi dəqiq məlum deyil. Lakin əsgərlərin polisin müəyyən vəzifələrini üzərinə götürə biləcəyi təklif edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı