ANS PRESS-in məlumatına görə, xalq artisti İlhamə Quliyeva bu gün təqdimatını etdiyi "Yaşa, idman bayramı" klipinin yaranma tarixçəsini belə danışıb.
Sözügedən musiqi parçasını klipmeyker Nail Naiboğlu ekranlaşdırıb. Videoçarxda "Bakı 2015" Birinci Avropa Oyunları məşəlinin alovlandırma mərasimindən kadrlar yer alıb.
"Bakı-2015” Birinci Avropa Oyunlarına həsr olunan mahnıya çəkilən klipi ilk dəfə izləyəndə ağladığını deyən İlhamə xanım, təqdimat mərasimində də klip nümayiş olunarkən göz yaşlarını saxlaya bilmədi: "Qürur duydum ki, belə bir dövlətim, bayrağım və xalqım var. Nə qədər ki, canım sağdır, bu dövlətə xidmət edəcəyəm".
Qeyd edək ki, "Yaşa idman bayramı" adlı mahnının sözləri Baba Vəziroğluna, musiqisi Tahir Əkbərə aiddir. Mahnıya klipi rejissor Nail Naiboğlu çəkib.