Haaland bu kluba transfer ola bilər - Danışıqlar aparılır

PSJ "Mançester Siti" klubunun futbolçusu Erlinq Haalandı transfer edə bilər.

Metbuat.az xəbər verir ki, PSJ Haalandı Mbappenin əvəzləyicisi kimi hesab edir. Bildirilir ki, PSJ-nin əsas məqsədi Mbappe ilə müqaviləni yeniləməkdir. "El Chiringuito"nun məlumatına görə, Mbappe PSJ-dən ayrılsa, klub Haalandı transfer etməyə çalışacaq. İddialara görə, PSJ Haalandın agenti ilə əlaqə saxlayaraq təklif irəli sürüb.

Qeyd edək ki, Mbappenin PSJ klubu ilə müqaviləsi gələn il başa çatır. Haalandın isə "Mançester Siti" ilə 2027-ci ilə qədər müqaviləsi var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR