“Qalatasaray” İtaliya nəhənginin ulduzunu istəyir - FOTO

"Latsio"nun baş məşqçisi Mauritsio Sarri "Qalatasaray"ın Matias Vecino ilə maraqlandığını bildirib.

Metbuat.az xəbər verir ki, "Qalatasaray" futbolçunu transfer etmək üçün təklif irəli sürüb. Mauritsio Sarrinin sözlərinə görə, o futbolçunun klubdan ayrılmasına icazə verməyib. Sarri açıqlamasında "Qalatasaray"ın marağı var idi, ancaq İtaliyada transfer pəncərəsi bağlandığı üçün bunu nəzərə almadıq. Mənə zəng etdi və mən ona bunun mümkün olmadığını dedim, “Yaxşı” dedi və telefonu qapatdı” deyə bildirib. “Qalatasaray”ın futbolçunu transfer etmək üçün israrının davam etdiyi irəli sürülür.

Qeyd edək ki, cari mövsümdə "Latsio"nun heyətində 5 matçda iştirak edən Matias Vecino 1 qol vurub. Uruqvaylı yarımmüdafiəçi bu mövsüm ilk qolunu Torino matçında vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR