Sahibkarların nəzərinə - Bu qayda dəyişir

Azərbaycanda vergi ödəyicilərinin banklarda və bank fəaliyyətini həyata keçirən digər təşkilatlarda hesabların açılması proseduru ilə bağlı ötən ilin sonunda Vergi Məcəlləsinin 35-ci maddəsində edilmiş dəyişiklik bu il oktyabrın 1-dən qüvvəyə minəcək.

Metbuat.az bu barədə İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Ximətinə istinadən xəbər verir.

Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, vergi ödəyiciləri banklarda, digər kredit təşkilatlarında və poçt rabitəsinin milli operatorunda hesab açmaq üçün ilkin olaraq vergi orqanına ərizə təqdim edir. Vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadığı halda, 2 gündən gec olmayaraq şəhadətnamə-dublikat (qüvvədə olma müddəti 10 gün) verir. Borc olduqda, bank hesabının açılmasından imtina edilir.

Qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən, vergi ödəyicisinin hesab açmaq üçün vergi orqanından şəhadətnamə-dublikat alması tələbi ləğv ediləcək və hesablar vergi ödəyicisinin birbaşa bank əməliyyatları aparan şəxslərə müraciəti əsasında açılacaq.

Yeni dəyişikliklərə əsasən, büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olan vergi ödəyiciləri də bank əməliyyatları aparan şəxslərdə hesab açmaq imkanına malik olacaqlar. Beləliklə, borclu vergi ödəyicilərinə hesab açmaq üçün qanunla qoyulan məhdudiyyət aradan qaldırılacaq.

Bank əməliyyatları aparan şəxslər vergi ödəyicisinin onlara müraciəti əsasında hesab açaraq, məlumatı hesab açıldığı tarixdən 1 iş günü ərzində elektron qaydada vergi orqanına göndərəcək. Vergi ödəyicilərinə məxsus hesabları bank əməliyyatı aparan şəxslər bağladıqda, bu barədə məlumat hesabın bağlandığı tarixdən 1 iş günü müddətində elektron qaydada Dövlət Vergi Xidmətinə təqdim olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR