Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadıldı

Daxil olmuş müraciətləri nəzərə alaraq, xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş 2023-cü il üçün həyata keçirilən son sənəd qəbulunun müddəti uzadılıb.

Metbuat.az xəbər verir ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti oktyabrın 10-u saat 23:59-dək uzadılıb.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı , elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.

Hər hansı əlavə sual yarandığı zaman FAQ/MVS və ya dpinfo@edu.gov.az mail ünvanına müraciət oluna bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı