Ermənistan prezidenti ilə bağlı ilginc iddia: 19 sentyabrdan sonra...

Sentyabrın 19-dan sonra Ermənistan prezidenti Vaaqn Xaçaturyan yoxa çıxıb. Ermənistan prezidentinin hətta Azərbaycanın Qarabağdakı antiterror tədbrilərindən, bunun nəticəsində çoxsaylı itkilərdən, ermənilərin Qarabağı tərk etməsindən, qondarma “DQR”in özünü buraxmasından belə xəbəri yoxdur. Görünür, o, bütün bu baş verənlərdən narahat deyil”.

Metbuat.az “Ölkə.az”a istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazır.

Nəşrin yazdığına görə, Prezident Aparatının saytında mövcud olan məlumatlar Xaçaturyanı baş verən bu məsələlər narahat etmədiyini göstərir.

“Joxovurd” yazır ki, prezidentin rəsmi saytında onun fəaliyyəti ilə bağlı sonuncu məlumat sentyabrın 21-də olub və orada onun Ermənistanın Müstəqillik Günü ilə bağlı təbriki yer alıb: “Bir də sentyabrın 26-da Çinin bu ölkəyə təyin etdiyi yeni səfirin etimadnaməsini qəbul edib və Çin prezidentini təbrik məlumatı yer alıb.

Yəni son hadisələrlə bağlı heç bir mövqeyi yoxdur və bu onu göstərir ki, baş verənlər Xaçaturyanı narahat etmir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı