Azərbaycan beynəlxalq sazişlərə artıq Ermənistanla əlaqədar qeyd-şərt olmadan qoşulacaq

“Beynəlxalq sazişlərə qoşulmağımız artıq dəyişəcək, qeyd-şərt aradan götürülüb”.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Deputat bildirib ki, artıq Azərbaycanın suverenliyi tam təmin olunub: “Biz artıq beynəlxalq sazişlərə qeyd-şərtlə qoşulmayacağıq. Bu, çox böyük hadisədir”.

Qeyd edək ki, indiyə qədər Azərbaycan beynəlxalq sazişlərə Ermənistanla bağlı qeyd-şərtlə qoşulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı