Azərbaycan güləşçisi Bakıda Avropa çempionu oldu

Azərbaycan idmançısı Gözəl Zutova Bakıda keçirilən kəmər güləşi üzrə Avropa çempionatının qalibi olub.

Metbuat.az xəbər verir ki, 38 yaşlı güləşçi +76 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Həmçinin yarışın ilk günündə güləşçilərimizdən Pərvin Hüseynova (+76 kq), Namiq Abbaslı (57 kq), Eyvaz Baxşıyev (62 kq), Tərlan Ağayev (75 kq) və Soltan Ağayev (82 kq) gümüş medala yiyələniblər.

Mələkxanım Məmmədova, Fidan Əliyeva (hər ikisi 52 kq), Bəsti Səfərova, Aytac Quliyeva (hər ikisi 58 kq), Diana Şoranova (66 kq), Şəhla Allahverdiyeva (76 kq), Elnur Abdullayev (57 kq), Əli Mikayılov (75 kq), Əli Hümbətzadə (82 kq), Nihad Məmmədzadə və Nihad İsgəndərli (hər ikisi 90 kq) isə üçüncü yeri tutublar.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan 3-cü Avropa çempionatı oktyabrın 4-də başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı