"Urmu gecəsi" adlı musiqili tədbir keçirilib - FOTOLAR

Güney Azərbaycan Kültür Mərkəzinin təşkilatçılığı və İzmir Konak bələdiyyəsininin dəstəyi ilə Nazim Hikmət kültür mərkəzində "Urmu gecəsi" adlı musiqili tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, konsert proqramında Güney Azərbaycan Kültür Mərkəzinin başqan yardımçısı Məsud Haray və təşkilatın sözcüsü Pınar Şakir və şair İsmayıl Ülker çıxış edib. Tədbirdə Urmu gölü faciəsi ilə videoçarx nümayiş etdirilib.

Həmçinin Güney Azərbaycanın dəyərli mədəniyyət xadimlərinin mükafatlandırma mərasimi keçirilib. Musiqili gecədə Güney Azərbaycanın tanınmış müğənniləri Cavid Təbrizli, Xosrov Hakan Əmiri, Fərhad Əmiri, Sonay Ruhi mahnılar səsləndiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR