Dövlət ehtiyatları sahəsində dövlətin vəzifələri müəyyənləşdirildi

Azərbaycanda dövlət ehtiyatları sahəsində dövlətin 3 əsas vəzifəsi müəyyənləşdirilib.

Metbuat.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Dövlət ehtiyatları haqqında” qanun layihəsində (birinci oxunuş) əksini tapıb.

Sənədə əsasən dövlət ehtiyatları sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

- strateji əhəmiyyətli malların siyahısını, istehlak bazarının həmin mallarla təmin edilməsi vəziyyəti baxımından qiymətlərin kəskin artması və azalması risklərini müəyyən etmək;

- strateji ehtiyatların və Azərbaycanın mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə ehtiyatların tədarükünü eləcə də, təchizatçıların seçilməsini təmin etmək;

- strateji əhəmiyyətli malların (o cümlədən bazar iştirakçıları tərəfindən təmin edilən malların) monitorinqini aparmaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı