Dövlət ehtiyatlarındakı mallar nəzarət altında olacaq

Dövlət ehtiyatlarındakı mallar nəzarət altında olacaq.

Metbuat.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət ehtiyatları haqqında” qanun layihəsində (birinci oxunuş) əksini tapıb

Layihəyə əsasən, dövlət ehtiyatları üzrə məsul orqan dövlət ehtiyatlarının mövcudluğuna, keyfiyyətinə və saxlanma şəraitinə nəzarət edəcək və onların uçotunu aparacaq. Dövlət ehtiyatlarına aid olan malların uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Məsul saxlayıcılar saxladıqları dövlət ehtiyatlarının sayının (həcminin), keyfiyyətinin, eləcə də saxlanma şəraitinin qanunla müəyyən olunmuş tələblərə uyğun olmasına görə cavabdehdirlər.

Dövlət ehtiyatları üzrə məsul orqanın işçiləri nəzarətin həyata keçirilməsi üçün dövlət ehtiyatlarının saxlanıldığı yerlərə baxış keçirə bilərlər.

Məsul saxlayıcılar saxladıqları dövlət ehtiyatlarına aid olan mallar barədə illik hesabatı bu Qanunda nəzərdə tutulmuş qaydaya uyğun dövlət ehtiyatları üzrə məsul orqana təqdim etməlidirlər.

Dövlət ehtiyatları üzrə məsul orqan dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada illik hesabatı hər il aprel ayının 1-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.

Dövlət ehtiyatlarında malların yerləşdirilməsi, tədarükü, saxlanılması, buraxılması və sayının (həcminin) ölçülməsi zamanı tətbiq edilən nəzarət ölçmə vasitələri “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tipin təsdiqi barədə müvafiq sertifikatlara və yoxlamadan keçirilmələrinə dair sənədlərə malik olmalıdır.

Eyni zamanda layihəyə əsasən, Bu qanunun tələblərini pozan şəxslər qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyacaqlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı