Nazir rektorun yerinə onu TƏYİN ETDİ

Elm və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə bu vəzifə Süleymanov Turxan Raquf oğluna həvalə olunub. Qeyd edək ki, bu vəzifədən əvvəl Turxan Süleymanov Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri vəzifəsini tuturdu.

Turxan Süleymanovdan əvvəl Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini Yaqub Maksim oğlu Piriyev icra edib. O, bu ilin sentyabr ayında Bakı Mühəndislik Universitetinin rektoru təyin olunub.

Xatırladaq ki, Turxan Süleymanov 1988-ci ildə anadan olub. Bakı Slavyan Universitetində Regionşünaslıq (regionlar) ixtisası üzrə bakalavriat, Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə magistratura və aspirantura/doktorantura təhsili alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim və şöbə müdiri vəzifəsində çalışıb


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı