Benzin ucuzlaşır?

Benzin ucuzlaşır?
14:06 25 Dekabr 2014
70 Digər
Ölkə mətbuatı
A- A+

“Dövlət qərar qəbul edib qiymətlərin aşağı salınmasını təklif edə bilər. Ancaq benzinin qiymətində ARDNŞ-in gəlirliliyi xeyli azdır. Benzinin qiymətində vergi daha çox yer tutur”.

ANS PRESS-in məlumatına görə, bunu ARDNŞ-nin vitse-prezidenti Süleyman Qasımov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, benzinin qiyməti Tarif Şurasının tənzimlədiyi və müəyyən olunan qiymətlərlə satılır: “Bizim tənzimlənən qiymətlər qonşu ölkələrlə müqayisə edilib. Bu zaman məlum olub ki, qonşu ölkələrdə vergi həddən artıq yüksəkdir. Belə olan halda bizdə benzinin vergisiz qiyməti digər ölkələrdən aşağıdır. Xaricdən gətirilən benzinlərin qiyməti isə dövlətin tabeliyində olan məsələ deyil”, - deyə ARDNŞ rəsmisi qeyd edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=316228

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR