Rusiyadan gözlənilməz həmlə - Bu ərazidə baza qurur

Rusiya işğal etdiyi Abxaziyanın Qara dəniz sahillərində hərbi dəniz bazası yaratmağı planlaşdırır.

Metbuat.az xəbər verir ki, bu barədə Gürcüstandan müstəqilliyini elan edən qondarma Abxaziyanın lideri Aslan Bjaniya açıqlama verib. Məlumata görə, Bjaniya Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. “İzvestiya”da yer alan xəbərə görə, Bjaniya Oçamçira bölgəsində daimi dəniz bazasının qurulması üçün müqavilə imzalandığını bildirib.

"Biz müqavilə imzaladıq və yaxın gələcəkdə Rusiya donanmasının Oçamçira bölgəsində daimi bazası olacaq. Bu müqavilə həm Rusiyanın, həm də Abxaziyanın müdafiə qabiliyyətini artırmaq məqsədi daşıyır və bu cür qarşılıqlı fəaliyyətlər davam edəcək”, - Bjaniya bildirib


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı