Yeni spikerdən ilk həmlə - Ermənipərəst Pelosini qovdu

ABŞ-ın Nümayəndələr Palatasının müvəqqəti sədri Patrik MakHenri Demokratlar Palatasının keçmiş spikeri Nensi Pelosidən Konqresdəki ofisini boşaltmağı tələb edib.

Metbuat.az xəbər verir ki, bu barədə “Politico” məlumat verib. Bildirilib ki, vəzifəsindən uzaqlaşdırılan Nümayəndələr Palatasının spikeri Kevin Makkartidən sonra müvəqqəti olaraq onun vəzifəsini yerinə yetirən MakHenrinin ilk həmlələrindən biri 83 yaşlı Pelosidən Konqresdəki ofisini boşaltmasını istəmək olub. MakHenrinin ofisindən Pelosinin ofisinə göndərilən məktubda ofisin boşaldılması tələb edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı