"Real"da böhran - Ançelotti verdiyi sözü tutmadı

“Real Madrid”də xorvatiyalı ulduz Luka Modriçlə bağlı böhran müşahidə edilir.

Metbuat.az xəbər verir ki, əsas heyətdə yerini itirən futbolçu bundan razı deyil. Məlumata görə, “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti bundan əvvəl Modriçlə görüşüb və onun komandadakı rolunun dəyişməyəcəyinə zəmanət verib. Bundan sonra Modriç “Real Madrid”lə müqaviləsini yeniləyib. Məlumata görə, Ançelotti buna baxmayaraq verdiyi sözü tutmayıb. Xorvatiyalı ulduzun cari mövsümdə cəmi 3 dəfə ilk 11-likdə yer aldığı və bu vəziyyətin onu qane etmədiyi iddia edilib. Modriçin buna görə, klubdan ayrılmaq istədiyi irəli sürülür.

Modriçə Səudiyyə Ərəbistanı klublarından və “İnter Mayami”dən transfer təklifləri olduğu bildirilir. Modriçin “Real”la müqaviləsi mövsümün sonunda yekunlaşır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı