Trampa sürpriz vəzifə verilir

ABŞ tarixindən ilk dəfə səsvermə yolu ilə vəzifəsindən kənarlaşdırılan Nümayəndələr Palatasının sədri postuna kimin gələ biləcəyi hələlik müəyyən edilməyib.

Metbuat.az xəbər verir ki, öz aralarında razılığa gəlməkdə çətinlik çəkən respublikaçılar sürpriz adı təklif edib. Respublikaçılar keçmiş prezident Donald Trampın sədr seçilməsini istəyir.

Məsələ ilə bağlı sualı cavablandıran Tramp, "Bu məsələ ilə bağlı mənə müraciət edən parlament üzvləri var idi. Əgər onlar bir namizədlə bağlı birləşə bilməsələr, qısa müddət üçün bu vəzifəni tuta bilərəm, uzun müddətə isə diqqəti ABŞ prezident seçkilərinə yönəltmişəm” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı