"Qarabağ" qrupdakı qələbələrə görə bu qədər qazandı - MƏBLƏĞ

Dünən Avropa Liqasının 2-ci turu çərçivəsində keçirilən matçda - İsveç "Hekken"i ilə səfər oyununda 1:0 hesablı qələbəyə sevinən "Qarabağ" həm də büdcəsini yaxşılaşdırıb.

Metbuat.az "Fanat.az"a istinadən bildirir ki, dünənki zəfər ağdamlılara daha 630 min avro qazandırıb.

Qrupa düşərək 3 milyon 630 min avro vəsait əldə edən "köhlən atlar" Bakıda Norveç "Molde"sini üstələdiyi üçün də 630 min qazanmışdı.

Beləliklə, "Qarabağ" AL-in qrupunda uğurlu mübarizə sayəsində gəlirini 4 milyon 890 min avroya çatdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR