Formula 1 üzrə Qətər Qran-Prisinin qalibi bəlli oldu

“Red Bull”un holland pilotu Maks Ferstappen 2023-cü il mövsümündə Formula 1 dünya çempionatının 17-ci mərhələsində - Qətər Qran-Prisində qalib gəlib.

Metbuat.az xəbər verir ki, Lusail şəhərində reallaşan yarışda ikinci yeri avstraliyalı “McLaren”in pilotu Oskar Piastri tutub. İlk üçlüyü onun komanda yoldaşı britaniyalı Lando Norris tamamlayıb.

Növbəti mərhələ oktyabrın 20-dən 22-dək Ostində (ABŞ, Texas) keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR