Fatih Terimə 50 milyonluq sürpriz təklif - Razılıq verdi

“Beşiktaş”da Şenol Günəşin istefasından sonra kluba müvəqqəti olaraq köməkçi məşqçi Burak Yılmaz rəhbərlik edir.

Metbuat.az xəbər verir ki, “Beşiktaş”da baş məşqçi postuna isə Fatih Terimin əsas namizəd olduğu irəli sürülür. Türkiyə mediasının məlumatına görə, kluba gələcək yeni prezident Fatih Terimə təklif irəli sürəcək. Fatih Terimin "Beşiktaş"da işləməyə razılıq verdiyi qeyd edilir. Bildirilir ki, “Beşiktaş” azarkeşləri də Fatih Terimin baş məşqçi olmasını tələb edir. İddia edilir ki, klub Fatih Terimə 50 milyon avroluq transfer büdcəsi ayırıb.

Qeyd edək ki, “Beşiktaş”ın Avropa Liqasında “Luqano”ya 2-3 hesablı məğlubiyyətindən sonra Şenol Güneş və klub rəhbərliyi istefa verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı