Haaland üçün savaş başladı - Bu kluba getmək istəyir

"Mançester Siti" hücumçu Erlinq Haalandı komandada saxlamaq üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, "Mançester Siti" "Real Madrid"in Erlinq Haalanda marağını əngəlləmək üçün norveçli hücumçuya yeni müqavilə təklif edib. “Telegraph” qəzetinin məlumatına görə, Haaland İngiltərədə çox qalmaq istəmir. İddialara görə, o başqa çempionatlarda da futbol oynamaq istəyir. Qəzet futbolçunun menecerinin “Real Madrid”i oyunçular üçün "arzular ölkəsi" kimi təsvir etməsinə diqqət çəkib. Məlumata görə, futbolçu “Real Madrid”in transfer siyahısındadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı