ABŞ İsrailə quru qüvvələri göndərməyəcək

Ağ Ev İsrailə quru qoşunları göndərmək niyyətində deyil.

Metbuat.az xəbər verir ki, Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, bununla belə ABŞ milli təhlükəsizlik maraqlarını qorumaq üçün lazımi həmlələri edəcək. İsrailə ilk yardımın göndərildiyini bildirən Kirbinin sözlərinə görə, İsrailin düşmənlərinin mövcud vəziyyətdən istifadə etməməsi üçün regiona daha çox yardım göndəriləcək. HƏMAS-ın hücumlarının İranla əlaqəsi barədə sualı cavablandıran Kirbi bildirib ki, Tehran HƏMAS-ı dəstəklədiyi üçün bu hücumla əlaqəsi var. Onun sözlərinə görə HƏMAS-ın hücum planlarında İranın bilavasitə iştirak etdiyinə dair maddi sübutlar var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı