Bir neçə gün bundan əvvəl vəfat etmiş millət vəkili Qənirə Paşayeva ilə bağlı səs yazısı yayılıb. Yayılan səs yazısında deputat xanım ağır əməliyyat keçirdiyini bildirir.
Metbuat.az News24.az-a istinadən xəbər verir ki, səs yazısı ilə bağlı açıqlama verən Qənirə Paşayevanın əmisi Qəzənfər Paşayev bildirib ki, sözügedən əməliyyat uzun zaman öncə olub:
"Həmin əməliyyat çoxdan olub. Mən də bu barədə eşitmişəm. Ancaq nə əməliyyatı keçirdiyini dəqiq bilmirəm".
Xatırladaq ki, Qənirə Paşayevanın bloqer Elçin Lənbaranskiyə atdığı səs yazısında özünün Türkiyədə ağır əməliyyat keçirdiyini, günlərdir xəstəxanada qaldığını, həkimlər tərəfindən yeni evə yazıldığını bildirib. O səsə yazısında ağır əməliyyatdan sonra Bakıya qayıtdığını bacısının evində olduğunu qeyd edib. Səs yazısında bloqerin deputat xanımdan Şuşaya səfərlə bağlı xahiş etdiyi məlum olur.