Həmlələr effekt vermədi - Rubl ucuzlaşdı, dollar bahalaşdı

Rubl dollar qarşısında ucuzlaşıb. Dollar/rubl pariteti ötən ildən bəri ilk dəfə 102-ni ötüb.

Metbuat.az xəbər verir ki, Moskva Birjasının məlumatına görə, bundan əvvəlki hesabı 100,4 ilə bağlayan dollar/rubl pariteti həftənin ilk ticarət günündə 1,7 faiz dəyər qazanaraq son 18 ayın zirvəsinə yəni 102,1 səviyyəsinə çatıb. Analitiklər rublun ucuzlaşmasında davam edən Ukrayna müharibəsinin, eləcə də Fələstin və İsrail arasında artan gərginliyin təsirli olduğunu bildiriblər.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı rublun ucuzlaşması ilə artan yüksək inflyasiya təhlükəsi ilə əlaqədar avqustun 15-də uçot dərəcəsini 8,5 faizdən 12 faizə, sentyabrın 15-də isə 13 faizə qaldırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı