İran bu halda müharibəyə qoşulacaq, Livandan yeni cəbhə açılacaq - Qorxulu ssenari

HƏMAS-ın yüksək səviyyəli liderlərindən olan Əli Barakeh israilli girovların vəziyyəti ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, Barakeh əsirlərin İsraildə və xaricdə saxlanılan onlarla girov və fələstinlinin azad edilməsi üçün istifadə ediləcəyini bəyan edib. Barakeh hücumun planlaşdırılmasında İrandan kömək aldıqlarına dair xəbərləri təkzib edib və bildirib ki, İran və Livandakı Hizbullah Qəzza dağıdıcı müharibəyə məruz qalarsa, müharibəyə qoşulacaqlar.

Barakeh “Associated Press”ə deyib: "Biz bu müharibəyə və bütün ssenarilərlə, hətta uzun müharibə ssenarisi ilə hazırlaşmışıq. HƏMAS İsrail həbsxanalarında saxlanılan insanların və ABŞ-da saxlanılan bəzi fələstinlilərin azad edilməsini təmin etmək üçün girovlardan istifadə edəcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı