Zaqatalada qəza: Üç nəfər xəsarət aldı - FOTO

Axşam saatlarında Zaqatala-Aşağı Tala avtomobil yolunda, rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissədə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

DİN-in mətbuat xidmətinin Şəki Regional Qrupunun yaydığı məlumata görə, rayonda taksi fəaliyyəti ilə məşğul olan 57-BN-267 dövlət nömrə nişanlı "VAZ-21011" markalı avtomobillə “Mercedes” markalı 99 GL 668 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.

Qəza nəticəsində Zaqatala şəhər sakinləri 30 yaşlı Orxan Paşayev, onun 33 yaşlı qardaşı Elçin Paşayev və Aşağı Tala kənd sakini 28 yaşlı Əzim Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə Təcili Tibbi Yardım cəlb edilərək yaralılara ilkin tibbi yardım göstərilib. Daha sonra hər üç şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda hər üç yaralının müalicəsi davam etdirilir.

Hazırda faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma başlanılıb, qəzanın təfərrüatları araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR