​“Beşiktaş” tanınmış məşqçini gətirir

“Beşiktaş” klubu Antonio Konteyə təklif irəli sürüb.

Metbuat.az xəbər verir ki, Antonio Konte “Beşiktaş”a gəlmək üçün tələblərini irəli sürüb. Məlumata görə, Konte komandası ilə birgə 7,5 milyon avro maaş tələb edib. O həmçinin 50 milyon avro transfer büdcəsi tələb edib. İddialara görə, “Beşiktaş”ın Kontenin maddi məsələlərdə güzəştə gedəcəyi təqdirdə bu tələbi qarşılaya biləcəyi irəli sürülür. Danışıqların məhsuldar keçdiyi bildirilir.

Qeyd edək ki, “Beşiktaş”ın Avropa Liqasında “Luqano”ya 2-3 hesablı məğlubiyyətindən sonra Şenol Güneş və klub rəhbərliyi istefa verib. Şenol Günəşin istefasından sonra kluba müvəqqəti olaraq köməkçi məşqçi Burak Yılmaz rəhbərlik edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı