Qəzzadakı sakinlər belə xilas ediləcək

ABŞ Qəzza zolağından fələstinlilərin və ABŞ vətəndaşlarının təxliyyəsi üçün dəhliz qurmaq istəyir.

Metbuat.az xəbər verir ki, ABŞ bunun üçün digər ölkələrlə müzakirələr aparır. Məlumata görə, dəhlizin Misir tərəfinə qurulması nəzərdə tutulub. Humanitar dəhlizin qurulması üçün artıq işlər başlayıb. Bildirilir ki, hazırlıqların İsrailin Qəzza zolağında quru əməliyyatına başlayacağı ilə bağlı iddiaların səsləndiyi vaxta təsadüf etməsi diqqət çəkir.

Xəbərdə Qəzza zolağından kimin təxliyəsinə icazə veriləcəyi və ya Misirdən sonra harada məskunlaşacaqları barədə ətraflı məlumat verilməyib. Məsələ ilə bağlı Misirdən hələlik rəsmi açıqlama yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı