"Real" Mbappeni transfer edəcəyi tarixi açıqladı - PSJ qarışdı

“Real Madrid”in rəhbərliyində yer alan Joze Manuel Otero Lastres sosial mediada canlı yayımda Kilian Mbappe barədə diqqətçəkən açıqlama verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Mbappe mövsümün sonunda “Real Madrid”ə transfer ola bilər.

Otero Lastres, 2022-ci ildə “Real Madrid”in transfer təklifini qəbul etməyən Mbappe haqqında belə deyib:"Əminəm ki, bu gün ondan soruşsaq və dürüst olsa, bu qərarından peşman olduğunu deyərdi. İndiyə qədər Çempionlar Liqasının qalibi olmuş və Madriddə xoşbəxt olmuş olardı. Mbappe ilə Florentino Peres arasındakı münasibət heç vaxt pis olmayıb”.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi mövsümün sonunda yekunlaşır. Mbappe PSJ-nin yeni müqavilə təklifini qəbul etməyib. Mbappe PSJ ilə müqavilə yeniləməsə “Real Madrid”ə azad agent kimi pulsuz transfer olacaq. PSJ Mbappe yeni müqaviləyə imza atmadığı üçün mövsümün əvvəlində onu əsas heyətdən qovmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR