Dağlıq rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, oktyabrın 12-də dağlıq və dağətəyi rayonlarda magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı ehtimalı var.