Bu şəxslərin maaşı artdı - 1696 manat

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) əməkhaqları artırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə rektor müvafiq qərar qəbul edib.

Belə ki, professor-müəllim və inzibati idarəetmə heyətinin əməkhaqqısı 20%, tədris-köməkçi və xidmətedici heyətin əməkhaqqısı isə 15% artırılıb.

Qərara əsasən, AzMİU-da vergi tutulmalarından sonra ən aşağı əməkhaqqı 521 AZN təşkil edəcək. Universitetdə professorun əməkhaqqısı vergi tutulmalarından sonra 1 696 manat, dosentin əməkhaqqısı isə 1 404 manat təşkil edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı