İordaniya İsrailin tam blokadası və sıx hücumu altında olan Qəzza zolağı üçün Misirə humanitar yardım təyyarəsi göndərdiyini açıqlayıb.
Metbuat.az xəbər verir ki, Haşimi Xeyriyyə Fondunun açıqlamasına görə, dərman və tibbi ləvazimat daşıyan təyyarə İordaniya Kralı II Abdullahın göstərişi və silahlı qüvvələrlə əməkdaşlıq çərçivəsində Misirə gedəcək və təyyarədəki yük oradan Qəzzaya göndərilib.
Təyyarənin Misirin koordinasiyasında göndərildiyi ifadə edilərək, "Təyyarə əvvəlcə Misirə gedəcək və Rəfah Sərhəd Qapısı vasitəsilə yük Qəzzada səhiyyə orqanlarına çatdırılacaq" deyə qeyd edilib.
Qeyd edək ki, HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadası” İsrailə qarşı “Əqsa tufanı əməliyyatı” başladıb. “Həmas”ın İsrailə və İsrailin cavab əməliyyatları nəticəsində yüzlərlə insan həlak olub.